Polşa Ukrayna ərazisi üzərindən raketləri vurmayacaq.
NOCOMMENT.az xəbər verir ki, bu açıqlama ilə Polşa Ordusunun Baş Qərargah rəisi general Vislav Kukula çıxış edib.
Rzeczpospolita nəşri ilə söhbətində səslənən onun sözlərinə görə, bu məsələdə Polşa və onun müttəfiqlərinin mövqeyi aydındır.
“Biz bunu etməyəcəyik”, – deyən Kukula, Polşanın ümumi səmanı qorumaq məsuliyyətinin sərhədləri ilə təyin olunduğunu söylədi.
Oxşar fikri cümə axşamı, noyabrın 7-də Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış da bildirib.