Baş redaktor Marja-nın fəaliyyətini DAYANDIRDIbackend

Baş redaktor Marja-nın fəaliyyətini DAYANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təəssüf ki, çox ciddi xəstəliyimlə əlaqədar Marja.az-ın fəaliyyətini dayandırmaq qərarı verdim”.

NOCOMMENT-in məlumatına görə, bunu adı çəkilən saytın rəhbəri Seymur Yunusov bildirib.

S.Yunusov qeyd edib ki, işçilərin hesabına saytın fəaliyyətinin davam etdirilməsinə çox çalışıb: “Lakin istədiyim səviyyə alınmadı. Operativlik, fərqlilik itirdi, müştərilərlə əlaqələr pisləşirdi. Saytın sahibi olmaqla bərabər ona redaktorluq edirdim, xəbərlərin yayımlanıb-yayımlanmamasına qərar verirdim. Bu, çox məsuliyyətli məsələdir, bunu işçilərin ixtiyarına buraxmaq olmaz. Eyni zamanda bir çox xəbərlər mənim tərəfimdən hazırlanırdı. Xəstəlik həm jurnalistlik, həm də redaktorluq fəaliyyətimə aman vermir.

Marja.az-ın oxucularından və müştərilərindən üzr istəyirəm”.

Jurnalist ötən müddət ərzində dəstək verən hər kəsə təşəkkür edib: