Bakı Baş Səhiyyə Mərkəzi strukturuna daxil olan tibb müəssisələrində cari təmir işləri ilə bağlı satınalma keçirir.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, təmir işləri üzrə ehtimal olunan xərc 822.229,90 manat təşkil edir.
Məlumata görə, təmir işləri çərçivəsində 9 saylı şəhər poliklinikasında naqillər üçün qırçınlı plastik yanmaz boruların çəkilməsi (25 mm diametrli, ümumilikdə 2.810 metr uzunluğunda), 12 saylı şəhər poliklinikasında isə döşəmə örtüklərinin sökülməsi, kərpic divar və tavanlardan suvağın qopardılması, divar və tavan səthlərinin yağlı boyadan təmizlənməsi, həmçinin gipskarton üzlüklərin sökülməsi nəzərdə tutulur.
Təmir işlərinin kim tərəfindən icra olunacağı isə keçiriləcək tender nəticəsində bəlli olacaq.