Baş toksikoloqdan HƏYƏCAN TƏBİLİ: zəhərlənmələrin sayı artırbackend

Baş toksikoloqdan HƏYƏCAN TƏBİLİ: zəhərlənmələrin sayı artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son günlər havaların soyuması ilə dəm qazından zəhərlənmələrin də sayı artır”.

NOCOMMENT.az  xəbər verir ki, bunu Bakuposta açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib.

Onun sözlərinə görə, zəhərlənmələr arasında birinci yerdə dərmanlar dayanır:

“Bunlar depressiya, epilepsiya, qıcolmaya qarşı və yuxu gətirən dərmanlardır. Təbii ki, dərmanlar həkimin təyinatı ilə yazılır. Ancaq elə hallar olur ki, xəstələr həkimin təyinatı ilə verilən dozanı bir neçə dəfə aşırlar. Bu da həkim baxışından sonra özünə sui-qəsd kimi qəbul olunur. Son 3 ayda 125-130 nəfər xəstə dərman zəhərlənmələri ilə mərkəzə daxil olub. Bunlardan cəmi 1 nəfərdə ölüm hadisəsi qeyd alınıb”.

İkinci yerdə dəm qazından zəhərlənmə dayanır. “Soyuqlar başlayıb, qaz istilik cihazları istifadə olunur. Ona görə də zəhərlənmələr artır. Dəm qazından zəhərlənmə əsasən yanvar, fevral, mart aprel aylarına qədər aktual olur. Bununla bağlı sentyabrın axırı, oktyabrın əvvəlinə qədər 17 müraciət olunub. Ağır xəstələr olmayıb, ölüm hadisəsi qeydə alınmayıb. Son bir həftə də isə 6 nəfər müraciət edib. Əhaliyə müraciət etmək istəyirik ki, kimin evində qaz cihazlarından istifadə olunursa, onları mütləq yoxlatmaq lazımdır. Əsasən mətbəxdə və hamam otağında qazlar nəzarətsiz qalmasın. Azyaşlılara, yaşlı insanlara qarşı diqqətli olmaq lazımdır. Hadisə olduğu zaman dərhal təcilli yardıma müraciət olunsun”.


Baş toksikoloq qeyd edib ki, üçüncü yerdə məişətdə işlənən kimyəvi preparatlardan zəhərlənmələdir:

“Yandırıcı xlor tərkibli, turşu tərkibli daha çox hamam otaqlarında istifadə olunan və birbaşa nəfəs yollarına daxil olan kimyəvi dərmanlardır. Onlar da insana tez bir zamanda təsir göstərir. Həm yandırıcı, həm də kimdə həssaslıq varsa, onlara daha çox mənfi təsir göstərir”.

Bundan başqa, ilan sancmalardan da müraciət olunur. Belə ki, hər il gürzə ilanının sancması ilə 100-120 xəstə qəbul edirik. Lazım olan tədbirləri görürük, müayinədən keçiririk. Ölüm hadisəsi demək olar ki olmur”.

Baş toksikoloq son günlərdə regionlarda baş verən göbələk zəhərlənmələri barədə də məlumat verib.
“Zəhərli göbələklər əsasən meşələrdən yığılır. Göbələklərin bəzi növləri (solğunəzvay, milçəkqran və s.) həyat üçün təhlükəlidir. Meşədən yığılan göbələyin arasına bir-iki ədəd onlardan düşəndə ailəni məhv edə bilərlər. Göbələk mövsümü təzə başlayıb, ona görə də zəhərlənmələr artıq baş verir. Son günlərdə göbələkdən 2 uşaq dünyasını dəyişdi. Qax Mərkəzi Rayon Xəstəxanası bizim Mərkəzə onları göndərəndə bir uşaq 30 dəqiqədə, digəri isə 3 saat yarımdan sonra vəfat etdi. Baxmayaraq ki, Qaxda həkimlər reanimasiya tədbirlərini həyata keçiriblər, vaxt məhdudiyyətindən təbii ki, o nəticəni almaq mümkün olmayacaqdı. Statistikaya görə də, zəhərli göbələklərin 90-95%-də vaxtından qabaq tədbir görülməyəndə insanlar ölə bilər. Bu kimi hallarda kömək etmək çox çətindir.

Son bir həftədə daha çox göbələk zəhərlənmələri ilə müraciət üstünlük təşkil etsə də, dərman, sirkə turşusundan da zəhərlənənlər var. Sirkə turşusu xarakterikdir. İl ərzində təxminən 60-70 xəstə olur. Əsasən də qadınlar üstünlük təşkil edir.
Ümumilkdə hər il Toksikoloji Mərkəzə 1500-ə qədər xəstə qəbul olunur, 2000-ə qədəri də ambulator şəkildə məsləhət görülür. Statistikaya əsasən, ölüm sayı aşağıdır, yəni 4-5-6-ya qədər olur. Ondan çox olmur.