Başçı icra hakimiyyətinin sürücülərini işdən çıxardıbackend

Başçı icra hakimiyyətinin sürücülərini işdən çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) üç sürücüsü vəzifəsindən azad edilib.

NOCOMMENT.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Adil Əliyev müvafiq əmr imzalayıb.

Belə ki, RİH Aparatının Xidməti heyətində Baş mütəxəssis – sürücü vəzifəsində çalışan Elnur Verdizadə, Dadaş Əliyev və Sənan Əskərov vəzifəsindən azad ediliblər. Yeni əmrlə isə Ruslan Hüseynov və Anar Bayramov Baş mütəxəssis – sürücü vəzifəsinə təyin olunublar.

Bundan əlavə, icra başçısının daha bir əmri ilə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Böyük məsləhətçisi Kamal Həsənov da işdən çıxarılıb.