“Başı pozulmuşdu” – Sabirabaddakı qətlin DETALLARI – VİDEObackend

“Başı pozulmuşdu” – Sabirabaddakı qətlin DETALLARI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabadda qadın qətlə yetirilib.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qardaşkənd kəndində qeydə alınıb. Aralarında yaranmış mübahisə zəminində kənd sakini, 39 yaşlı Murtuz Məmmədov yaşadığı evdə bacısı ilə dalaşıb. Silaha əl atan qardaş 42 yaşlı Ülviyyə Məmmədovaya ov tüfəngindən atəş açıb. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Murtuz Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin hansı zəmində baş verdiyi istintaq tədbirlərindən sonra aydınlaşdırılacaq.

Faktla bağlı Sabirabad prokurluğunda araşdıma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.