Başına dəstə yığıb atasını tamah məqsədi ilə öldürmək istədi – 3 nəfərlik dəstənin cinayət işibackend

Başına dəstə yığıb atasını tamah məqsədi ilə öldürmək istədi – 3 nəfərlik dəstənin cinayət işi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Atasını tamah məqsədi ilə öldürmək istəyən oğulun məhkəmə prosesi başlayır.

NOCOMMENT.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 28, 120-ci maddəsinin bir neçə bəndi ilə təqsirli bilinən dəstənin məhkəmə prosesinin hazırlıq iclası oktyabrın 23-də hakim Novruz Kərimovun sədrliyi ilə keçiriləcək. Cinayət işində 3 nəfər- Fərəcov Fəqan Xələf oğlu, Hüseynov İlkin Yavər oğlu və İsmayılov Fariz Eldar oğlu təqsirləndirilən şəxs, 2 nəfər- Fərəcov Xələf Gülmalı oğlu və Sadıqov Zamiq Elxan oğlu isə zərərçəkən şəxs qismində tanınıb.

Hadisənin baş verməsinə gəlincə, 2024-cü ilin yanvar ayında Fəqan Fərəcovun İmişli rayonunda yaşayan atasının qəsdən öldürülməsini tanışı İlkin Hüseynova sifariş verməsi, İlkin Hüseynovun isə cinayəti icra etmək üçün qabaqcadan əlbir olduğu Fariz İsmayılovla birlikdə İmişli rayonuna getməsi, lakin öz iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq gördükləri sifarişlə qəsdən adam öldürmə cinayətini başa çatdıra bilməmələrinə əsaslı şübhələr müəyyən edilib.

Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan iş üzrə toplanmış sübutlar əsasında Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin Məcəllənin 28, 120.2.1, 28, 120.2.5 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.\\Unikal