Başqırdıstanda balıq fabriki yanırbackend

Başqırdıstanda balıq fabriki yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sterlitamakda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları özəl balıq sexində baş verən yanğını söndürürlər. Bu barədə idarənin regional şöbəsindən məlumat verilib.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Hadisə Qoqol küçəsində baş verib. Hazırda yanan sahə 150 ​​kvadratmetrdir. Yanğınsöndürənlər hələ də alovun qarşısını ala bilməyiblər.

Hadisə yerindən çəkilmiş videoda binanın necə alovlandığı, bəzi tikililərin yandığı görünür.

Yanğının söndürülməsinə 19 yanğınsöndürən və 5 ədəd FHN texnikası cəlb olunub.