NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin batalyon komandiri Dmitri Kuxarçuk Ukraynanın “Beşinci kanal” telekanalına müsahibəsində bəyan edib ki, Ukrayna cəmiyyət tərəfindən vəziyyəti lazımi səviyyədə dərk etmədiyi üçün Rusiya Federasiyası ilə münaqişədə strateji baxımdan uduzur.
O qeyd edib ki, döyüş əməliyyatları başlayanda bir çox ukraynalı könüllü kimi cəbhəyə getməyə hazır idi, lakin sonradan vəziyyət dəyişdi, belə ki, onların çoxunun Rusiya ordusunun potensialını lazımınca dəyərləndirmədikləri ortaya çıxdı.
“İnsanlar isti vannaya salındı, reallığa baxış pozuldu, lakin Rusiyada bu baş vermədi”, – batalyon komandiri dedi .
Kuxarçukun sözlərinə görə, Rusiya hər gün güclənir. O hesab edir ki, Rusiya cəmiyyətinin hazırlığı Ukrayna cəmiyyətindən qat-qat yüksəkdir.