Batmış gəminin itkin düşən 7 əməkdaşının axtarışları davam edirbackend

Batmış gəminin itkin düşən 7 əməkdaşının axtarışları davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə batmış gəminin itkin düşən 7 əməkdaşının axtarışları davam edir.

NOCOMMENT xəbər verir ki, Zonguldak sahillərində batan quru yük gəmisinin itkin düşən 7 nəfərlik heyətinin axtarışları quru, hava və dəniz yolu ilə 7-ci gündə davam edir.

Noyabrın 19-da Qara dənizin Ereğli rayonunda fırtına nəticəsində dalğaqırana çırpılaraq batan Türkiyə bayraqlı “Kafkametler” gəmisində itkin düşən personalların axtarışı gecə boyu quruda aparılıb.

Komandanın işi nəticəsində gəmidə olan 12 türk heyətindən 5-nin cəsədi tapılıb.