“Bavariya”nın kapitanı Manuel Noyerin qabırğası sınıbbackend

“Bavariya”nın kapitanı Manuel Noyerin qabırğası sınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Bavariya” futbol klubunun qapıçısı və kapitanı Manuel Noyer qabırğası sınıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Bavariya”nın baş məşqçisi Vinsent Kompani məlumat verib.

“Onun qabırğası sınıb. O, yəqin ki, bu il bir daha oynamayacaq. Əsas odur ki, o, indi sağalsın, ümid edirəm ki, Manuel yanvarda bizimlə olacaq”, – Kompani qeyd edib.

Xatırladaq ki, “Bavariya”nın 38 yaşlı qapıçısı Manuel Noyer Almaniya Bundesliqasının 4-cü turunda “Verder”lə oyun öncəsi isinmə hərəkətləri edən zaman zədələnib.