Xristian-Sosial İttifaqının sədri və Bavariya federal əyalətinin baş naziri Markus Zeder bildirib ki, Bavariya polisinə naməlum dronları vurmaq hüququ veriləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Zederin sözlərinə görə, yaxın vaxtlarda müvafiq qanun qəbul olunacaq.
O, həmçinin qeyd edib ki, Bavariyada zəruri dronların hazırlanması üçün xüsusi mərkəz yaradılmalıdır.
Baş nazirin fikrincə, əyalət hakimiyyətinə həm dronları tutan sistemlər, həm də onları izləyən xüsusi qruplar lazımdır.
Dronlardan gələn artan təhlükəni nəzərə alaraq, güclü mövqe lazımdır. Zeder bununla bağlı bildirib: “Biz deyirik: gözləmək əvəzinə ələ keçirmə”.