Baxmutu müdafiə etməyə davam edəcəyikbackend

Baxmutu müdafiə etməyə davam edəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Donetsk və Luqansk vilayətləri arasında yerləşən və strateji nöqtə sayılan Baxmut şəhəri ilə bağlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Zelenski uğrunda şiddətli toqquşmaların getdiyi şəhəri müdafiə etməyə davam edəcəklərini bildirib.

“Bu gün Baş Qərargahın iclasında mən birbaşa olaraq həm Xortitsiyanın komandiri general Sırskidən, həm də Ali Baş Komandan Zalujnıdan Baxmut bölgəsində geri çəkilmək və ya şəhəri müdafiə etmək barədə fikirlərini soruşdum. Hər iki general geri çəkilməyin dedi. Bu fikir yekdilliklə dəstəkləndi və başqa fikir bildirən olmadı.”

NOCOMMENT.AZ