Baxmutun tutulması əks-hücuma necə təsir edəcək?backend

Baxmutun tutulması əks-hücuma necə təsir edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaqner” muzdluları ehtimal ki, Baxmutun qərb inzibati sərhədlərini ələ keçiriblər”.

NOCOMMENT.az xəbər verir ki, bu, ABŞ-da fəaliyyət göstərən Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında yazılıb.

Ekspertlərin fikrincə, Ukraynanın şəhərin kiçik hissəsinə nəzarət edilməsi iddiaları Rusiya qüvvələrinin bütün Baxmutu olmasa da, şəhərin qərb və şimal-qərb hissəsini nəzarətə götürdüyünün etirafıdır.

Mayın 21-də yayılan geolokasiya görüntülərində “Vaqner” qüvvələrinin Baxmutun ən qərb hissəsindəki yaşayış binası üzərində Rusiya və “Vaqner” bayraqlarını qaldırdıqları görünür.

Eyni zamanda, şəhərin tutulması Ukraynanın Baxmutun şimalında və ya cənubunda əks-hücumlarına təsir etməyəcək. Həmçinin bu, Ukraynanın şəhər ətrafındakı kommunikasiya xətlərinə nəzarətinə təsir etmir.

Xatırladaq ki, Ukrayna komandanlığı qoşunlarının Baxmutdan çıxarılmasını təkzib edir.