Bayden ABŞ-ın Əfqanıstandakı hərbi missiyasının bitəcəyi tarixi açıqladıbackend

Bayden ABŞ-ın Əfqanıstandakı hərbi missiyasının bitəcəyi tarixi açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-i bitəcək.

NOCOMMENT.az “TASS”a istinadən xəbər verir ki, bunu Ağ Evdə çıxışı zamanı ABŞ Prezidenti Cozef Bayden deyib.

“ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-i bitəcək. Əfqanıstanın gələcəyini müəyyənləşdirmək – bu ölkənin öz xalqının vəzifəsidir. ABŞ Əfqanıstan təhlükəsizlik qüvvələrinə maliyyə, texniki dəstək və Kabilə humanitar yardım göstərməyə davam edəcək” – C.Bayden bildirib.

Onun sözlərinə görə, ABŞ Əfqanıstanda vəziyyətin sülh yolu ilə nizamlanması üçün çalışacaq və bölgə ölkələri də bu nizamlanmada rol oynamalıdır.
Modern.az