Bayden ABŞ-ın strateji neft ehtiyatını bitiribbackend

Bayden ABŞ-ın strateji neft ehtiyatını bitirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir neçə il ərzində yeraltı anbarlardan yanacaq ABŞ-ın daxili bazarına aktiv şəkildə tədarük edilir. Hakimiyyət xammalın bahalaşması ilə belə mübarizə aparmağa çalışıb. Nəticədə milli ehtiyatların təxminən 40%-i çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Hazırda ABŞ-ın strateji neft ehtiyatı son 30 ildə ən aşağı səviyyədədir. Nəşr yazır ki , indi seçki yarışında Co Bayden itkilərini kompensasiya etməyə çalışır.

ABŞ-ın Strateji Neft Ehtiyatı Luiziana və Texasdakı anbarlarda yerləşir. Anbarlar fövqəladə hallar üçün yaradılıb.

2021-ci ildə ABŞ-ın anbarlarında yanacağın həcmi 600 milyon bareldən çox olub. Son məlumatlara görə, indi anbarlarda cəmi 362 milyon barel qalıb. Ehtiyatların nə qədər tükəndiyi bəlli olanda Baydenin reytinqləri daha da aşağı düşüb.

ABŞ Energetika Nazirliyi neftin qiyməti məqbul olan kimi ehtiyatları bərpa edəcəyini bildirib. Analitiklər qeyd edirlər ki, ölkə idxalsız yaşaya bilməz.