Bayden: ABŞ Senatı Ukraynaya yardım haqqında qanun layihəsini ən qısa müddətdə təsdiqləməlidirbackend

Bayden: ABŞ Senatı Ukraynaya yardım haqqında qanun layihəsini ən qısa müddətdə təsdiqləməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin mümkün qədər tez Ukraynaya silah göndərməsi üçün Senat Ukraynaya yardım haqqında qanun layihəsini tez bir zamanda təsdiq etməlidir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin yazılı bəyanatında bildirilib.

“Senatı tez bir zamanda bu paketi masama göndərməyə çağırıram ki, mən onu imzalaya bilim və biz onların təcili döyüş meydanındakı ehtiyaclarını ödəmək üçün Ukraynaya silah və texnika göndərə bilək”, – Amerika lideri qeyd edib.

“Bu paket İsrail və Ukraynaya kritik dəstək verəcək; Qəzza, Sudan, Haiti və bütün dünyada münaqişələr və təbii fəlakətlərin təsirinə məruz qalan digər yerlərə çox ehtiyac duyulan humanitar yardımı təmin edəcək; Hind-Sakit okeanda təhlükəsizlik və sabitliyi gücləndirəcək. Bu, İsrailin İranın misli görünməmiş hücumları ilə, Ukraynanın isə Rusiyanın davamlı bombardmanları ilə üzləşdiyi ciddi bir təcili məqama təsadüf edir”, – Bayden vurğulayıb.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi əksəriyyətin Ukraynaya yardımı dəstəklədiyi Senata ötürüləcək.