ABŞ Prezidenti Co Baydenin administrasiyası İrana xəbərdarlıq edib ki, yeni bir hücum olacağı təqdirdə İsrailin qarşısını ala bilməyəcək.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrinə istinadən məlumat yayıb.
“Biz İsrailin qarşısını ala bilməyəcəyik və İsrailin növbəti hücumunun əvvəlki qədər dəqiq alınacağına əmin ola bilməyəcəyik”, – portal amerikalı məmura istinadən qeyd edib.
Nəşrin yazdığına görə, mesaj Vaşinqtondan Tehrana İsveçrə vasitəsilə ötürülüb.
Bildirilib ki, zərbələr İraq ərazisindən endirilsə belə, İsrail cavab hücumu həyata keçirə bilər.