Bayden Ankaraya buna görə dəyər verəcək – Brayzabackend

Bayden Ankaraya buna görə dəyər verəcək – Brayza

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baydenin prezidentliyi zamanı ABŞ-Türkiyə münasibətləri sürətlə yaxşılaşmağa başlayacaq. Türkiyə önəmli ölkədir.

NOCOMMENT.az xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza deyib.

“Co Bayden sistematik, strateji düşünən bir şəxsdir. O, inanır ki, NATO ABŞ milli təhlükəsizliyinin ən önəmli hissəsidir və Türkiyə də ikinci ən böyük ordu ilə qurumun kritik üzvüdür. Bundan başqa, Ukrayna Bayden üçün çox önəmlidir və bu səbəbdən Ankara ilə Kiyev arasındakı hərbi texnoloji əməkdaşlıq sahəsindəki son müqaviləyə onun tərəfindən çox dəyər veriləcək. İki ölkə arasındakı münasibətlər yaxşılaşacaq”, – Brayza bildirib.
Axar.az