ABŞ prezidenti Co Bayden İsrailə yardım üçün vəsaitin ayrılması ilə bağlı qanun layihəsinin ABŞ Nümayəndələr Palatasında Ukraynanın adı çəkilmədən hazırkı formada razılaşdırılacağı təqdirdə ona veto qoyacaq.
NOCOMMENT.az xəbər verir ki, layihəni təqdim edən respublikaçılar Ağ Evə görə, ABŞ-dan dəstəyi siyasiləşdirir və Birləşmiş Ştatların müttəfiqlərinə yanaşmada fərqlilik nümayiş etdirirlər.
Sənədin müəlliflərinin fikrincə, “Ukraynaya dəstək verilməməsi” Vaşinqtonun qətiyyəti ilə bağlı “Rusiya və dünyanın qalan hissəsi üçün dəhşətli siqnal” olardı.
ABŞ administrasiyası milli təhlükəsizlik üçün əlavə maliyyə tələbi ilə bağlı razılığa gəlmək üçün “Konqresin iki palatasındakı hər iki partiya ilə əlaqə saxlamağa davam edəcək”. Prezidentə qanun layihəsi indiki formada təqdim edilərsə, “o, ona veto qoyacaq”.