Bayden bu ölkəyə səfər edən ilk ABŞ prezidenti olacaq!backend

Bayden bu ölkəyə səfər edən ilk ABŞ prezidenti olacaq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya və Avstraliyaya səfəri çərçivəsində Papua Yeni Qvineyaya səfər etməyi planlaşdıran ABŞ prezidenti Co Bayden bu ölkəyə səfər edən ilk ABŞ prezidenti olacaq.

NOCOMMENT.az xəbər verir ki, Ağ Evdən verilən açıqlamada Bayden mayın 19-21-də Yaponiyanın Xirosima şəhərində keçiriləcək G7 Liderlər Sammitindən sonra mayın 24-də Avstraliyanın Sidney şəhərində keçiriləcək Dördlü Təhlükəsizlik Dialoqu (SDF) alyansını təşkil edən Yaponiya, ABŞ, Avstraliya və Hindistanın yaratdığı QUAD Liderlər Sammitində iştirak edəcəyi bildirilib.

Açıqlamada Baydenin Avstraliyaya gedərkən Papua Yeni Qvineyaya baş çəkəcəyi, Papua Yeni Qvineyanın baş naziri Marape və digər Sakit Okean Adaları Forumu liderləri ilə görüşəcəyi ifadə edilib.

NOCOMMENT.AZ