Bayden F-16-ların tədarükü ilə bağlı təlimat verib – Ərdoğanbackend

Bayden F-16-ların tədarükü ilə bağlı təlimat verib – Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ABŞ Konqresinin F-16-ların ölkəyə satışına icazə verəcəyinə inanır.

NOCOMMENT.az xəbər verir ki, APA-nın verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

“Verilən vəd əsasında İsveçin NATO-ya üzvlüyünə dair protokol parlamentimiz tərəfindən böyük səs çoxluğu ilə qəbul olundu. Mən imzaladım və həmin axşam “Resmi Gazete”də dərc olundu.

Bayden Nümayəndələr Palatasına yazılı göstəriş göndərib. İnşallah, oradan alınan nəticə F16-ların Türkiyəyə göndərilməsi prosesini təmin edəcək”.