Bayden F-16-ların Türkiyəyə satılmasını dəstəkləyir – BLİNKENbackend

Bayden F-16-ların Türkiyəyə satılmasını dəstəkləyir – BLİNKEN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden F-16 qırıcılarının Türkiyəyə satılmasını dəstəkləyir.

NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyəyə səfər edən ABŞ dövlət katibi Entoni Blinken NTV kanalına müsahibəsində deyib.

O qeyd edib ki, Türkiyəyə döyüş təyyarələrinin verilməsi həm NATO, həm də ABŞ üçün vacibdir.

“Konqresdə narazılıqlar var, biz Konqres liderləri ilə sıx təmasdayıq və bunun vacibliyini vurğulayırıq. F-16-ların gecikdirilməsinin nə İsveçlə Finlandiyanın NATO-ya üzvlüyü ilə, nə də Türkiyədəki seçkilərlə əlaqəsi var. Konqres liderlərinin bəzi narahatlıqları var və onların narahatlıqlarının aradan qaldırılması vacibdir”, – deyə Blinken bildirib.