Bayden “heç vaxt və heç vaxt” deyərək vurğuladıbackend

Bayden “heç vaxt və heç vaxt” deyərək vurğuladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya təcavüzünün 1-ci ildönümü ilə əlaqədar sosial media hesabında Ukraynaya dəstək mesajı paylaşıb.

NOCOMMENT.az xəbər verir ki, Bayden öz paylaşımında qeyd edib:

“Bir il əvvəl Rusiya Ukraynanı işğal edəndə dediyimi bu gün təkrarlayacağam. İmperatorluğu bərpa etmək əzmində olan diktator xalqın azadlıq eşqini məhv edə bilməz. Qəddarlıq heç vaxt azad insanların iradəsini əzə bilməz. Ukrayna isə heç vaxt Rusiyanın qələbəsi olmayacaq. Heç vaxt”

Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə şəklini paylaşaraq “Bu gün, raketlərin düşməsindən bir il sonra, Ukrayna hələ də müstəqil və azaddır. Xersondan Xarkova qədər ukraynalılar torpaqlarını geri aldılar. Keçən il Rusiyanın nəzarətində olan ərazilərin yarıdan çoxunda Ukrayna bayrağı növbəti dəfə qürurla dalğalanır” sözlərini qeyd edib.