Bayden İranın İsrailə mümkün hücumdan çəkinəcəyinə ümid edirbackend

Bayden İranın İsrailə mümkün hücumdan çəkinəcəyinə ümid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Qəzza zolağında atəşkəs sazişi bağlanacağı təqdirdə İranın İsrailə mümkün hücumundan imtina edəcəyini gözlədiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA NOVOSTİ məlumat yayıb.

“Mən bunu gözləyirəm”, – RİA Novosti onun Qəzzada atəşkəs razılaşması əldə olunarsa, İranın İsrailə zərbə endirməkdən imtina edə biləcəyi sualına cavabını sitat gətirib.

Bundan əvvəl ABŞ-ın İranın İsrailə qarşı əhəmiyyətli silsilə hücumlarına hazırlaşdığı bildirilirdi.

Vaşinqton həmçinin xəbərdarlıq edib ki, İran İsrailə hücum edəcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcək.