Bayden İsrailə Həmasla mübarizə üçün vəsait ayıracağına söz veribbackend

Bayden İsrailə Həmasla mübarizə üçün vəsait ayıracağına söz verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahuya söz verib ki, İsrail Həmas hərəkatı ilə mübarizə üçün vəsait almağa davam edəcək. Bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Prezident bu gün Netanyahu ilə söhbətində açıq şəkildə bildirdi ki, biz İsrailin ehtiyac duyduğu alətlərə və imkanlara malik olmasını təmin etməyə davam edəcəyik”, – Kirbi bildirib.

Bundan əvvəl məlum olmuşdu ki, ABŞ hakimiyyəti on minlərlə odlu silahın İsrailə ötürülməsi səbəbindən zorakılığın yeni artımından ehtiyat edir. Nəşrin məlumatına görə, İsrail Amerika silah istehsalçılarına 24 minə yaxın avtomatik və yarımavtomat tüfəng sifariş edib, belə böyük bir sifariş Dövlət Departamenti və ABŞ Konqresinin razılığını almalıdır. Silahların əsas alıcısı İsrail polisi olmalıdır, lakin yerli hakimiyyət tüfənglərin bir hissəsinin mülki şəxslərə verilə biləcəyini istisna etməyib.