Bayden JSOW idarə olunan bombaları Ukraynaya köçürməyi tapşırıbbackend

Bayden JSOW idarə olunan bombaları Ukraynaya köçürməyi tapşırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Ukraynaya dəstək üçün 8 milyard dollar ayırdığını açıqlayıb. O, həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələri daha bir hərbi yardım paketi alacaq.

NOCOMMENT.az xəbər verir ki, buraya həmçinin JSOW uzun mənzilli idarə olunan bombalar da daxil olacaq.

Ukraynanın uzaqmənzilli zərbə imkanlarını artırmaq üçün mən Ukraynanı uzunmənzilli Birgə Dayanışma Silahı (JSOW) ilə təmin etmək qərarına gəldim”, – deyə Co Bayden Ağ Evin saytında dərc olunan bəyanatda bildirib.

Bəyanatın mətnində deyilir ki, Ukrayna ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemləri və onlar üçün sursat da alacaq. Yardım paketinə Ukraynanın F-16 pilotlarının təlim proqramının genişləndirilməsi də daxildir.

Politico yazıb ki, Birləşmiş Ştatlar F-16 qırıcılarından istifadə üçün JSOW idarəolunan sursatları Ukraynaya ötürməyi düşünür. JSOW diapazonu 110 km-ə çatır.