Bayden Maskı Respublikaçılara və Trampa verdiyi dəstəyə görə tənqid edibbackend

Bayden Maskı Respublikaçılara və Trampa verdiyi dəstəyə görə tənqid edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Co Bayden iş adamı İlon Maskı respublikaçılara və Donald Trampa dəstək verdiyinə görə tənqid edib.

NOCOMMENT.az xəbər verir ki, BŞ-ın hazırkı prezidenti “X” şəbəkəsindəki hesabında bu barədə yazıb.

“Mən İlon Mask və onun zəngin dostlarının seçkiləri satın almağa çalışmasından yoruldum”,- deyə Bayden demokratlara ianə ilə bağlı yazıb.

İyulun 16-da Maskın Trampın kampaniyasına ayda on milyonlarla dollar ianə edəcəyi bildirildi. “The Wall Street Journal” hesab edir ki, müntəzəm tranşların məbləği ayda 45 milyon dollar olacaq.

Bundan əvvəl Mask Trampı Ruzveltdən sonra ən yaxşı prezidentliyə namizəd adlandırmışdı. O, Trampı tam dəstəklədiyini və sui-qəsd cəhdindən sonra onun tezliklə sağalacağını gözlədiyini bildirib.