Bayden müharibədə həyatını itirən ukraynalıları yad etdibackend

Bayden müharibədə həyatını itirən ukraynalıları yad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Ukraynaya gözlənilməz səfəri zamanı Rusiya-Ukrayna müharibəsində həyatını itirən ukraynalıların xatirəsinə ucaldılmış abidə divarına gül dəstələri qoyub.

NOCOMMENT.az xəbər verir ki, Bayden səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə birlikdə st. Maykl Qızıl Qübbəli Katedralını ziyarət edib.

Katedralı ziyarət etdikdən sonra Bayden Rusiya-Ukrayna müharibəsində həyatını itirmiş ukraynalıların adları və fotoşəkilləri olduğu xatirə divarına əklil qoyub.

Zelenski və Bayden daha sonra Konstitusiya Meydanında Cəsur Gəzinti adlanan ərazidə Baydenin adına qoyulmuş lövhənin açılışını ediblər.

NOCOMMENT.AZ