Bayden NATO-nun baş katibi Stoltenberqlə görüşəcəkbackend

Bayden NATO-nun baş katibi Stoltenberqlə görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden gələn həftə Ağ Evdə NATO-nun baş katibi Stoltenberqi qəbul edəcək.

NOCOMMENT.az xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre bu barədə yazılı açıqlama verib.

Bayden və Stoltenberqin gələn ay keçiriləcək Vilnüs Sammitinə hazırlığı müzakirə edəcəklərini deyən Jan-Pierre qeyd edib ki, liderlər NATO müttəfiqlərinin müdafiəsini daha da gücləndirmək, eləcə də tərəfdaşlıq əlaqələrini dərinləşdirmək səylərini müzakirə edəcəklər.

Jean-Pierre Bayden və Stoltenberqin NATO müttəfiqlərinin Ukraynaya dəstəyini də müzakirə edəcəklərini bildirib.

NOCOMMENT.AZ