Bayden: Netanyahunun Qəzzadakı hərəkətləri İsrailə zərər verirbackend

Bayden: Netanyahunun Qəzzadakı hərəkətləri İsrailə zərər verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı hərəkətləri ilə ölkəsinə kömək etməkdən daha çox ziyan vurur, bütün dünyanı Təl-Əvivə qarşı yönəldir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden “MSNBC” telekanalına müsahibəsində bildirib.

“Onun İsraili müdafiə etmək hüququ var, HƏMAS-ı təqib etməyə davam etmək hüququ var, lakin o, dünyanın qalan hissəsinin İsrailin müdafiə etdiyi şeylərə qarşı çıxmasına səbəb olmaqla İsrailə kömək etməkdən daha çox zərər verir. Bu, böyük səhvdir”, – Bayden deyib.

Bir müddət əvvəl Co Bayden Konqresə müraciətində İsraildən Qəzza zolağına humanitar yardım üçün geniş imkan yaratmağı tələb etmişdi.O vurğulayıb ki, İsrailin Qəzza zolağına humanitar yardımın çatdırılmasında manipulyasiya etmək, ondan “sövdələşmə predmeti” kimi istifadə etmək hüququ yoxdur.