Bayden Obamanı Trampla səhv saldıbackend

Bayden Obamanı Trampla səhv saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Cozef Bayden keçmiş həmkarları Barak Obama ilə Donald Trampı səhv salıb.

NOCOMMENT.az bildirir ki, bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Belə ki, Bayden “C-SPAN” televiziya kanalı tərəfindən yayımlanan Pensilvaniyadakı çıxışı zamanı, 2009-cu ildə Prezident Tramp ona avtomobil sənayesindəki böhranı həll etmək barədə tapşırıq verdiyini söyləyib.

“Bağışlayın… Mən vitse-prezident olduğum zaman prezident Obama idi” deyə, Bayden dərhal səhvini düzəldib.

Barak Obama, 2009-cu ildən 2017-ci ilə qədər ABŞ-ın prezidenti, Bayden isə o zaman vitse-prezident vəzifəsində çalışıb.