Bayden ölkə iqtisadiyyatının “düzgün istiqamətdə” getdiyini açıqladıbackend

Bayden ölkə iqtisadiyyatının “düzgün istiqamətdə” getdiyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bayden ABŞ Əmək Departamentinin açıqladığı fevral ayı məşğulluq hesabatı ilə bağlı qiymətləndirmələr edib.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-da məşğulluğun keçən ay 300 mindən çox artdığına diqqət çəkən Bayden, bunun iqtisadi planın işlədiyinin göstəricisi olduğunu söyləyib.

Yanvar ayında işsizlik səviyyəsinin son 50 ildə ən aşağı səviyyəyə düşdüyünü xatırladan Bayden, işsizlik səviyyəsinin 14 aydır ardıcıl 4 faizin altında olduğuna diqqət çəkib.

Uğursuzluqlara baxmayaraq, inflyasiyanın yaya nisbətən yüzdə 30 azaldığına diqqət çəkən Bayden, ABŞ iqtisadiyyatının “doğru istiqamətdə” getdiyini vurğulayıb.

NOCOMMENT.AZ