Bayden Orbanı diktator adlandırdı – ABŞ-Macarıstan münasibətlərində gərginlikbackend

Bayden Orbanı diktator adlandırdı – ABŞ-Macarıstan münasibətlərində gərginlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ prezidenti Co Baydenin Macarıstan lideri Viktor Orbanı “diktator” adlandırmasından sonra ABŞ səfiri Macarıstan Xarici İşlər Nazirliyinə çağırılıb”.

NOCOMMENT.az xəbər verir ki, bunu Macarıstanın Xarici işlər naziri Peter Szijjarto bildirib.

Qeyd edib ki, bu açıqlamalardan sonra ABŞ-Macarıstan münasibətlərində gərginlik artıb. O, Baydenin açıqlamasını yalan və çox ciddi təhqir kimi qiymətləndirib.

Vurğulanıb ki, prezidentin və demokratik administrasiyanın bu düşüncə tərzi ikitərəfli əlaqələrimiz üzərində ağır bir yük yaradır.