Bayden Polşaya gedir: Gündəmdə Rusiya-Ukrayna müharibəsidirbackend

Bayden Polşaya gedir: Gündəmdə Rusiya-Ukrayna müharibəsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden Polşaya səfər edəcək.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Prezident Co Bayden bu həftə Belçikanın Brüssel şəhərində NATO müttəfiqləri, G7 liderləri və Avropa İttifaqı ölkələri rəhbərləri ilə görüşlər keçirəcək. Sonra Ukraynaya dəstək vermək və Rusiyaya qarşı sanksiyaları artırmaqda beynəlxalq səyləri müzakirə etmək üçün bu həftə Polşaya gedəcək”, – deyə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Co Bayden və Anje Duda arasında ikitərəfli görüş martın 25-də Varşavada baş tutacaq.