Bayden Putin və Ərdoğanla görüşlərdə Qarabağa toxunacaq? – AÇIQLAMAbackend

Bayden Putin və Ərdoğanla görüşlərdə Qarabağa toxunacaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ prezidenti Co Bayden Avropa turnesi sırasında türkiyəli və rusiyalı həmkarlarıyla ayrı-ayrılıqda görüşəcək. Bu görüşlərə diqqət böyük olsa da, bir görüşlə ABŞ-Türkiyə və ABŞ-Rusiya münasibətlərindəki dərin problemlərin həll olunacağını gözləmək əbəsdir. Bu cür görüşlər nəticə üçün əvvəlcədən ciddi niyyət olanda problemlərin həllini yaxınlaşdırır. Hazırda isə Amerikanın müxtəlif məsələlərdə nə Rusiyaya, nə də Türkiyəyə güzəşt etmək fikri var”.

NOCOMMENT-in modern.az-a istinadən məlumatına görə, bunu siyasi şərhçi Elxan Şahinoğlu iyunun 26-da gözlənilən görüşlə bağlı proqnoz verərəkən deyib.

O ki qaldı, prezidentlərin görüşlərində Azərbaycana aid məsələyə, E.Şahinoğlu bildirib ki, müxtəlif – Suriyadan və raketlərdən tutmuş Ukraynaya qədər mövzular müzakirə olunacaq, Qarabağ və sərhəd problemi barədə sadəcə bir neçə kəlməlik fikir mübadiləsi mümkündür: “Türkiyə və Rusiya prezidentləri amerikalı həmkarıyla ümumiyyətlə Cənubi Qafqazı müzakirə etməyə həvəsli deyillər. Düzünə qalsa, müharibə bitdikdən sonra Amerikanın gur səslə “mən də Qarabağda olmaq istəyirəm” çağırışına bizim də müsbət cavablandırmamıza həvəsimiz yoxdur.

Doğrudur, Bakıda olan amerikalı diplomatın “minalanmış xəritələr verilməlidir” açıqlamasını müsbət qarşıladıq, ancaq bunun ardınca onun “həmsədrlər fəaliyyətlərinə davam etməlidirlər” fikri bizdə haqlı suallar doğurdu. Buna baxmayaraq, Azərbaycanın ABŞ-la enerji və təhlükəsizlik (NATO çərçivəsində) sahəsində əməkdaşlığı davam etməlidir”.