Bayden Putini hədəf aldı: Sözümün üzərində dayanıram…backend

Bayden Putini hədəf aldı: Sözümün üzərində dayanıram…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml Ukraynada baş verənlər üçün “soyqırım” ifadəsini ilk dəfə istifadə edən ABŞ Prezidenti Co Baydenin bu ifadəsinin “qəbuledilməz” olduğunu bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Kreml soyqırım iddialarını bununla bir daha təkzib edib.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında: “Biz qəti şəkildə bu ifadə ilə razılaşmırıq və vəziyyəti bu şəkildə təhrif etmək cəhdini qəbuledilməz hesab edirik”, – deyə bildirib.

ABŞ prezidenti Co Bayden Ayova ştatına səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinə qarşı tənqidlərini artırıb. Səfər zamanı etdiyi çıxışda ABŞ-da enerji xərclərinin artımını qiymətləndirən Bayden: “Ailə büdcəniz, tankınızı doldurmaq gücünüz, bunların heç biri bir diktatorun (Putinin) qarşı tərəfə müharibə elan edib-etməməsindən, soyqırım törətməsindən asılı olmamalıdır”, – deyə qeyd edib.

ABŞ lideri çıxış sonrası jurnalistlərə açıqlamasında soyqırımla bağlı ifadəsinin üzərində dayandığını vurğulayıb.
Sfera.az