Bayden qaradərililərin hüquqları barədə çıxış etdibackend

Bayden qaradərililərin hüquqları barədə çıxış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden ölkədə qaradərililərin səsvermə hüquqlarını gücləndirməyə çağırıb.

NOCOMMENT-in məlumatına görə, Bayden 1965-ci ildə Alabama ştatının Selma şəhərində keçirilən və ABŞ-da “Qanlı Bazar günü” kimi tanınan qaradərililərin səsvermə hüququ uğrunda etiraz yürüşünün anım mərasimində iştirak edib. Həmçinin məclisdə çıxış edərək bir çox konqres üzvünün qatıldığı kütləyə müraciət edib.

ABŞ prezidenti Co Bayden Qanlı Bazar hadisəsi zamanı baş verənlərdən dolayı vətəndaş hüquqlarının tərəfdarı kimi özünü çox günahkar hiss etdiyini bildirib.

Demokratiya və azadlıq üçün səsvermə hüququnun vacibliyini vurğulayan Co Bayden irqçiliyə qarşı tədbirlərin görülməsinə dair qaydaları ehtiva edən Con Lyuis Səsvermə Hüquqları Aktını qəbul etmək lazım olduğunu vurğulayıb.

Qaradərili seçicilərə edilən haqsızlıqlar qarşısında səssiz qalmayacağına söz verən Bayden, ‘Susmaq şərik olmaqdır’ deyib.