Bayden Qəzzada atəşkəsin mümkünlüyünü qiymətləndiribbackend

Bayden Qəzzada atəşkəsin mümkünlüyünü qiymətləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Qəzza zolağında atəşkəs şansının olmadığını deyib. Bu barədə TASS məlumat yayıb.

Jurnalistlər ABŞ prezidentinə Fələstinin bu anklavında atəşkəs imkanları barədə sual veriblər. Bayden isə atəşkəs imkanının olmadığını vurğulayıb.

Bundan əvvəl məlum olub ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbərləri noyabrın 9-da Qətərdə Qəzza zolağında radikal Fələstin HƏMAS hərəkatı tərəfindən saxlanılan 10-20 girovun azad edilməsi şərtlərini müzakirə ediblər.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin muharibə vəziyyətində olduğunu bəyan edib.