Bayden Sudan əməliyyatı haqqında məlumat verdibackend

Bayden Sudan əməliyyatı haqqında məlumat verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Senat sədri Kamala Harrisə və Nümayəndələr Palatasının spikeri Kevin MakÇartini göndərdiyi məktubda ABŞ personalının Sudandan təxliyəsi barədə məlumat verib.

NOCOMMENT xəbər verir ki, Bayden açıqlamasında bildirib ki, onun göstərişiylə Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin şəxsi heyəti Sudanda təhlükəsizlik vəziyyətinin pisləşməsinə cavab olaraq ABŞ şəxsi heyətini və başqalarını Sudanın Xartum şəhərindən təxliyə etmək üçün əməliyyat keçirdi.

Sözügedən əməliyyatı həyata keçirmək və dəstəkləmək üçün ABŞ Silahlı Qüvvələrinin müvafiq döyüş texnikası ilə şəxsi heyətinin Cibuti, Efiopiya və Sudana göndərildiyini bildirən Bayden, vəziyyət ABŞ-ı qorumaq üçün lazım olduğu müddətcə əsgərlərin Cibutidəki vəzifələrini davam etdirəcəklərini vurğuladı.

Co Bayden, həmçinin Konqresə onun hərəkətlərinə verdiyi dəstəyə görə təşəkkür edib.