Bayden: Süni intellekt kimi yeni texnologiyalar münaqişələrin xarakterini dəyişə bilərbackend

Bayden: Süni intellekt kimi yeni texnologiyalar münaqişələrin xarakterini dəyişə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden süni intellekt və 3D çap kimi inkişaf edən texnologiyaların münaqişələrin xarakterini dəyişə biləcəyini bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Bayden Koloradoda ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının buraxılış mərasimində çıxış edərkən bu barədə açıqlama verib.

“Rusiyanın təcavüzündən” Çinlə rəqabətə, iqlim böhranından qida təhlükəsizliyinə və təbii fəlakətlərə qədər artan çətinliklərə işarə edən Bayden, dünyanın sürətlə dəyişdiyini ifadə edərək, süni intellektdəki yeni texnologiyalar və inkişaflara diqqət çəkib.

O alimlərin süni intellektin insan təfəkkürünə qalib gələ biləcəyindən narahat olduqlarını bildirib. Bayden buna görə də bu mövzuda “görüləcək çox şeyin” olduğunu vurğulayıb.

NOCOMMENT.AZ