Bayden: Suriyadakı pilotsuz təyyarələrin hücumuna cavab verdikbackend

Bayden: Suriyadakı pilotsuz təyyarələrin hücumuna cavab verdik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden dünən Kanadaya səfər edərək Kanadanın baş naziri Castin Trüdo ilə birgə mətbuat konfransı keçirib.

NOCOMMENT.az xəbər verir ki, Bayden mətbuat konfransında İranın dəstəklədiyi bir qruplaşmanın ABŞ-ın Suriyadakı bazasına pilotsuz təyyarə ilə hücum etdiyini və ABŞ-ın buna hava hücumu ilə cavab verdiyini açıqlayıb.

“Buraya gələndə milli təhlükəsizlik komandam mənə dünən Suriyada hücum olduğunu bildirdi. İranın dəstəklədiyi silahlı qrup öz pilotsuz uçan aparatı ilə obyektlərimizdən birini vurub, bir neçə amerikalı yaralanıb. Həmin hücumda bir vətəndaşımız faciəvi şəkildə həyatını itirdi” deyə Bayden qeyd edib.

Bayden ABŞ ordusunun bu hücuma cavab olaraq dünən Suriyada hava hücumu həyata keçirdiyini bildirib.

NOCOMMENT.AZ