ABŞ-nin keçmiş prezidenti Co Bayden Qəzzada münaqişəyə son qoyduğuna görə Trampa təşəkkür edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, X-də yazıb.
“İndi Birləşmiş Ştatların və dünyanın dəstəyi ilə Yaxın Şərq davamlı olacağına ümid etdiyim sülh yolunda və həm israillilər, həm də fələstinlilər üçün sülh, ləyaqət və təhlükəsizlik gələcəyinə doğru gedir. Mən prezident Trampa və onun komandasına işlərinə görə təşəkkür edirəm”, – Bayden qeyd edib.













