Bayden Trampı ittiham edib – Azadlığı təhlükə…backend

Bayden Trampı ittiham edib – Azadlığı təhlükə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar Prezidenti Co Bayden, Respublikaçıların öndəgələn namizədi Donald Trampı ölkə daxilində və xaricində azadlığı təhlükə altına qoymaqla ittiham edib.

NOCOMMENT.az xəbər verir ki,  Bayden bildirib ki, Tramp və tərəfdarları Ukraynaya yardım paketini bloklamaqla dünyada ciddi təhlükələrə yol açır:

“Rusiya lideri Putin xarici ölkələrə yürüş həyata keçirir, Ukraynanı işğal edir. Bütün Avropaya və onun hüdudlarından kənara xaos yayır. Əgər bu otaqda kimsə Putinin Ukraynada dayanacağını düşünürsə, sizi əmin edirəm ki, o, dayanmayacaq.

Amma Ukrayna Putini dayandıra bilər. Əgər biz Ukraynanın yanında olsaq və onu özünün müdafiəsi üçün lazım olan silahlarla təmin etsək, Ukrayna Putini dayandıra bilər. Ukraynanın xahişi məhz budur. Onlar Amerika əsgərlərini istəmirlər. Əslində Ukraynada müharibə iştirak edən Amerika əsgərləri yoxdur. Və mən bunu belə saxlamaqda qərarlıyam”.

Prezident, bundan sonra da Ukraynaya dəstəyi davam edəcəklərini vurğulayıb.