Bayden Trampın Çin, Kanada və Meksika mallarına rüsumlarla bağlı qərarından dönəcəyini düşünürbackend

Bayden Trampın Çin, Kanada və Meksika mallarına rüsumlarla bağlı qərarından dönəcəyini düşünür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden varisi, yeni seçilmiş prezident Donald Trampın Çin, Kanada və Meksikadan gətirilən mallara idxal rüsumları tətbiq etmək qərarına yenidən baxacağına ümid etdiyini bildirib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.

“Ümid edirəm ki, o, fikrini dəyişəcək. Düşünürəm ki, bu, qeyri-məhsuldardır. Biz Sakit okean və Atlantik okeanları və iki müttəfiqimiz – Meksika və Kanada ilə əhatə olunmuşuq. İstədiyimiz son şey bu münasibətləri korlamağa başlamaqdır”, -deyə Bayden bildirib.