Bayden Trampın debat təklifinə CAVAB VERDİbackend

Bayden Trampın debat təklifinə CAVAB VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Baydenin kampaniyası sələfi Donald Trampın üç raund debat keçirmək təklifini rədd edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə kampaniya rəhbəri Cen Dillon bildirib. Donald Trampın debat oyunları oynamaqla bağlı uzun keçmişinin olduğu qeyd edilib.

Vurğulanıb ki, Bayden və Tramp prezident seçkiləri öncəsi debatların iki raundunda iştirak etmək barədə razılığa gəliblər: 27 iyun və 10 sentyabr.

Keçmiş prezident raundların sayının artırılmasının tərəfdarı olduğunu deyib. Lakin Baydenin hətta debata gələcəyinə şübhə etdiyini bildirib.