Bayden Trampın məhkəməsini izləməyibbackend

Bayden Trampın məhkəməsini izləməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden sələfi və qarşıdan gələn seçkilərdə rəqibi, keçmiş prezident Donald Trampın məhkəmələrini izləməyə vaxtının olmadığını deyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Söhbət Trampın cavabdeh olduğu məhkəmə proseslərindən, o cümlədən keçmiş porno aktrisa Stormi Danielsə pul ödəyərkən “Trump Organization”un maliyyə sənədlərinin saxtalaşdırılmasından gedir.

Bayden Nyu Yorkdakı seçki kampaniyası zamanı deyib: “Təbliğat apardığım üçün məhkəməni müşahidə etmək imkanım yox idi”.

Amerika prezidenti ayrıca qeyd edib ki, sələfinin prezidentlik müddəti xaos olub. Bayden hesab edir ki, seçkidəki rəqibi onun hər bir siyasi hərəkətini xaosa çevirməyə meyllidir.