Bayden Türkiyəyə F-16 satılması ilə bağlı mövqeyini AÇIQLADIbackend

Bayden Türkiyəyə F-16 satılması ilə bağlı mövqeyini AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

F-16 qırıcılarını Türkiyəyə satmalıyıq.

NOCOMMENT.az -ın məlumatına görə, bunu ABŞ prezidenti Co Bayden NATO sammitinin yekununda verdiyi açıqlamada deyib.

“Türkiyəyə F-16 satmaq və modernləşdirmək lazımdır. Bunun əksi bizim maraqlarımıza uyğun deyil. Bu məsələ ilə bağlı mənim mövqeyim dəyişməyib. Konqresin təsdiqi də lazımdır, fikrimcə, buna nail ola biləcəyik”, – deyə C.Bayden bildirib.

Qeyd edək ki, Türkiyə ötən ilin oktyabrında ABŞ-dan 40 ədəd F-16 qırıcısı satın alınması üçün müraciət etmişdi. ABŞ Dövlət Departamenti bu satışın dövlətin maraqlarına uyğun olduğu barədə Konqresə yazılı müraciət göndərsə də, ABŞ Konqresi bu əməliyyata hələlik razılıq verməyib.
Trend