Bayden Ukraynadakı kritik vəziyyəti açıqladıbackend

Bayden Ukraynadakı kritik vəziyyəti açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müttəfiqlərin yardımının azalması səbəbindən Ukrayna indi münaqişənin kritik nöqtəsindədir.

NOCOMMENT.az “Bloomberg”-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden məlumat verib.

Ağ Ev rəhbəri qeyd edib ki, Ukraynanın müttəfiqləri bu çətin anda Kiyevi tərk edirlər.

“Biz nə edirik? Biz geri çəkilirik? – o, ABŞ Senatında səsvermədən keçməyən Ukraynaya maliyyə yardımı ilə bağlı qanun layihəsinin uğursuzluğuna toxunaraq qəzəbləndi.

Bundan əvvəl Bayden bildirmişdi ki, Ukrayna Amerika hakimiyyətinin hərbi yardımını itirdiyi üçün son dərəcə çətin vəziyyətdə qalıb.