Bayden Ukraynaya gedəcək? – Ağ Evdən açıqlamabackend

Bayden Ukraynaya gedəcək? – Ağ Evdən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ prezidenti Co Baydenin Ukraynaya səfəri planlaşdırılmayıb”.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bunu Vaşinqtonda keçirdiyi brifinq zamanı Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

Psaki qeyd edib ki, ondan bu barədə soruşulduğu gündən heç nə dəyişməyib: “Prezidentin getmək fikri yoxdur. Təkrar edirəm, biz bunu burada və ya hökumətin heç bir yerində, kiminsə gedəcəyini, kimlərin və hara gedəcəyini təhlükəsizlik baxımından işıqlandırmayacağıq”.

Qeyd edək ki, aprelin 14-də jurnalistlərlə söhbətində Amerika lideri Co Bayden Ukraynaya səfər etməyə hazır olduğunu açıqlayıb.